Sosial Özəl

“Azəriqaz” rəsmisi: Bayram günlərindədə çağrı mərkəzi 7/24 fəaliyyət göstərəcək

“Azəriqaz” rəsmisi: Bayram günlərindədə çağrı mərkəzi 7/24 fəaliyyət göstərəcək

"Qarşıdan gələn bayram günlərində də 104 çağrı mərkəzi öz fəaliyyətini kəsintisiz davam etdirəcək".

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının "104 xidməti"nin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

"Bununla bağlı əməkdaş sayımızı artırmışıq. Müştəri məmnuniyyətinin qazanılması üçün mühüm işlərin görülməsi davam etdirilir. Son 2 gündə 283 min müraciətdən sadəcə 10 faizi icraata yönləndirilmişdir. Geri qalan məsələlər çağrı mərkəzinin əməkdaşları vasitəsilə həll edilmişdir.

Həmçinim qeyd edək ki, borclarla bağlı qaz təchizatı dayandırılmış müştərilərdən bayram günlərinədək borclarını ödəmələri xahiş olunur".

Aysu Demokrat.az

D
demokrat.az