İdman

"Yuventus" ulduz futbolçu ilə vidalaşır

Yuventus ulduz futbolçu ilə vidalaşır

İtaliyanın "Yuventus" klubu futbolçusu Pol Poqba ilə vidalaşır.

Demokrat.az "Report"a istinadən məlumatına görə, Turin təmsilçisi cari mövsümün sonunda fransalı yarımmüdafiəçiyə azad agent statusu verəcək.

Tez-tez zədələnən 30 yaşlı oyunçunun "Qoca sinyora" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Pol Poqba bu mövsüm "Yuventus"da iki oyunda cəmi 35 dəqiqə meydanda olub.

D
demokrat.az