Ukraynanın Xarkov vilayətinin kəndlərindən birində 42 yaşlı rus əsgəri Milli Polis əməkdaşları tərəfindən saxlanılıb.
Demokrat.az xəbər verir ki, Ukraynanın Xarkov vilayətinin nəzarətə götürməsindən sonra rus əsgərinin 6 aydır kənddə gizlənməsi barədə kəşfiyyat məlumatları əldə edilib.
Bu gün Xarkovun Kupyanski-Vuzlovi kəndində Ukraynanın Milli Polis və Dövlət Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyat zamanı Rusiya ordusunda 27-ci motoatıcı briqadada xidmət edən 42 yaşlı hərbiçi saxlanılıb.
Saxlanılan zaman məlum olub ki, rus hərbiçisi Ukraynanın Xarkov vilayətində tərk edilmiş yaşayış məntəqələrində gizlənirmiş.
Aysu Demokrat.az


