"Çox acınacaqlı bir vəziyyətdəyik. Xocalı prospekti Süleyman Vəzirov küçəsindəki binalarda səhərdən nə işıq, nə də su var. On beş mərtəbəli binanın pilləkənlərini ağır çantalarla qalxmaq nə dərəcədə doğrudur? Bunun xəstəsi, körpəsi, uşağı var. Ötən dəfə bir xanımın körpəsi ağır xəstə idi və təcili yardım biləndə ki, lift işləmir, gəlmədi. Çünki piyada qalxıb xərəkdə o uşağı düşürmək var. Bu nə dərəcədə düzgündür?".
Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Emma Ələkbərzadə (Elmira) sosial şəbəkədə yayımladığı videoda deyib. Sənətçi bacısı, Əməkdar artist Sevda Ələkbərzadənin yaşadığı binadakı vəziyyətdən şikayətlənib:
"Su, işıq, qaz da yoxdur... Biz neçənci əsrdə yaşayırıq? Bu MTK-nın sahibləri hara baxır? Nə vaxta qədər bu biabırçılıq davam edəcək? Nə vaxta qədər insanlar əziyyət çəkəcək? Axır vaxtlar gecə saat 1-dən səhər 5-ə qədər su vermirlər. Bəlkə biri gecə 3-də yatır. Yaşadığım ərazidə nə qədər xəstə insanlar var, onlar nə etsinlər? Bəlkə biri çay içmək istəyir, bunu necə etsin? Xocalı Rayon İcra Hakimiyyətinin Başçısına, MTK-nın sahiblərinə səslənirəm. Hara baxırsınız? Bu nə vaxtadək davam edəcək? Bacım Sevda Ələkbərzadə evdə çaysız, susuz qalıb. Niyə? Xahiş edirəm, Xətai Rayon İcra Başçısı bir əncam çəksin".
Qeyd edək ki, sənətçi ötən ay da yaşadığı binada su və işığın olmadığını bildirmişdi.//Axşam.az


