Siyasət

Partiya sədri: “Vəzifəsini dondurub, başına “parik” taxmış adama nə cavab vermək olar?”

Partiya sədri: “Vəzifəsini dondurub, başına “parik” taxmış adama nə cavab vermək olar?”

Eks-spiker Rəsul Quliyevin “Müsavat TV”-yə verdiyi son müsahibədən sonra bir çoxlarının xüsusi narahatlıq və isterika keçirməsinin şahidi oldum. Diqqətimi Xalq Partiyasının sədri Pənah Hüseynovla Ağ Partiya sədri Tural Abbaslının tənqidə dözümsüzlüyü çəkdi. Hansı ki, demokratik, ağsaqqal iradını süngü-bıçaqla, təhqirlə qarşılayan bu bu şəxslər iqtidarda dözümlülük və demokratiya tələb edir… Heç şübhəsiz ki, istər Pənah Hüseynov, istərsə də Tural Abbaslı olsun - onlar Rəsul Quliyev kimi böyük dövlət adamına söz deyəsi adamlar deyillər. Zamanında öz iqtidarını qorumaq əvəzinə, vəzifəsini dondurub, başına “parik” taxmış adama nə cavab vermək olar? Bunun bir adı var: Fərarilik!” Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədriAğasif Şakiroğlubildirib. “Çox heyf ki, bu gün dövlət tərbiyyəsindən uzaq, siyasi terminlərdən anlayışsız primitiv düşüncə tərzinə malik insanlar partiya rəhbəri statusuna sahiblənib. Təbii ki, bu da 1992-ci ildə tələm-tələsik qəbul edilmiş siyasi partiyalar haqqında qanunla bağlıdır. Baş verənlər bir daha göstərdi ki, Rəsul Quliyev fikirlərində böyük dövlət xadimi olaraq bu dəfə də tam haqlıdır. Həqiqətən də Azərbaycan müxalifətində xəstə, öz potensialını doğru dəyərləndirə bilməyən şəxslər mövcuddur… Bu vəziyyət olduqca acınacaqlıdır amma reallıqdır. Allah şəfalarını versin”, - A.Şakiroğlu qeyd edib.

NE
Nihadə Eyyubova