Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri çərçivəsində Adıyamanda açıqlamalar verib. MHP lideri Dövlət Baxçalı ilə bölgədəki işləri araşdıran Ərdoğan, zəlzələdən sonra ilk günlərdə yaşanan problemlərə görə, "halallığınızı istəyirəm" ifadəsini işlədib.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, hadisənin ilk günündən istənilən işi görə bilməyiblər:
"Təəssüf ki, Adıyamanda ilk günlər istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik. Hava və yol şəraitinə görə, ilk gündən gələ bilmədik. Bunun üçün sizdən ilk günlərə halallıq diləyirəm. Biz hər şeydən xəbərdarıq və lazım olanı edəcəyimizə heç kim şübhə etməsin”.
İcarə köməkliyinin geri çevirməyəcəklərini ifadə edən Ərdoğan, yardımın ən aşağı məbləğinin 2 mindən 3 minə qaldırdıqlarını söyləyib.
Aysu Demokrat.az


