"Qardaşımız, əziz dostumuz Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir".
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.
"Kahramanmaraşdakı sahə xəstəxanalarından biri Azərbaycan tərəfindən yaradılıb. Həkimlərimizə təşəkkür edirik", - paylaşımda qeyd edib.


