Region Özəl

Almaniyalı nazirlər zəlzələ bölgəsinə gəldi

Almaniyalı nazirlər zəlzələ bölgəsinə gəldi

Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Freyzer Kahramanmaraşa səfər ediblər.

Demokrat.az xarici mediaya istinadla bildirir ki, nazirlər Pazarcıkda əraziyə baxış keçirdikdən sonra, çadır şəhərciklərində zəlzələ qurbanlarına baş çəkib və görülən işlərlə tanış olublar.

Nazirlər Almaniyanın Türkiyə və Suriyada zəlzələdən zərərçəkmiş bölgələrə daha 50 milyon avro ayıracağını açıqlayıblar.

Bildirilib ki, yardımın 33 milyonu Türkiyəyə, qalan 17 milyonu BMT və qeyri-hökumət təşkilatları vasitəsilə Suriyanın şimalında zəlzələdən zərərçəkənlərə çatdırılacaq .

Baerbok, ölkəsinin ümümilikdə, zəlzələ bölgəsinə cəmi 108 milyon avro ianə edəcəyini bəyan edib. Viza məsələsinə toxunan nazir, zəlzələ qurbanlarının Almaniyadakı qohumlarının yanına gələ bilmələri üçün viza prosesinin asanlaşdırılacağını bir daha təkrarlayıb. Bu məqsədlə ilk dəfə olaraq zəlzələ bölgələrində mobil viza sisteminin tətbiq ediləcəyini deyən nazir, zəlzələdə pasportunu itirənlərə Türkiyə səlahiyyətliləri tərəfindən köməklik göstəriləcəyini ifadə edib.

Daxili işlər naziri Nensi Faeser da Almaniyanın etdiyi yardımlara toxunaraq, bunun iki ölkə arasındakı dərin bağlılığın göstəricisi olduğunu vurğulayıb.

Baerbock və Faeser 2011-ci ildən bəri müharibənin məngənəsində olan Suriyada zəlzələnin dağıdıcı təsirlərinə də toxunub. Baerbock çatdırıla bilməyən humanitar yardımda Əsəd rejimini günahlandırsa da, Faeser Suriyaya da kömək etmək üçün əllərindən gələni etdiklərini deyib.

Arzu Demokrat.az

D
demokrat.az