Moskvada oteldə baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya FHN məlumat yayıb. Yanğında 11 nəfər xəsarət alıb.
01.16
Moskvanın mərkəzində oteldə yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, onlardan ikisi uşaqdır.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
300 kvadratmetr sahədə yanğın tam söndürülüb.
Bildirilib ki, yanğın otelin beşinci mərtəbədə, oteldə qalan şəxs əşyalarını yandırdığı üçün başlayıb.


