Kriminal Özəl

Rüşvət alan müstəntiqin məhkəməsinin vaxtı açıqlandı

Rüşvət alan müstəntiqin məhkəməsinin vaxtı açıqlandı

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin sabiq müstəntiqi, kapitan Nicat Acalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aslan Kalbaliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 27-ə təyin olunub.

İttihama görə, Nicat Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az