Hadisə

Paytaxtda oğul anasını ağacla döyərək ağır vəziyyətə salıb

Paytaxtda oğul anasını ağacla döyərək ağır vəziyyətə salıb

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

APAxəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

Belə ki, oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

NE
Nihadə Eyyubova