Saatlıda qatar avtomobili vurub, sürücü ölüb.
Demokrat.az xəbər verir ki, Saatlıda Hacıqasımlı-Kamalı yolu ilə dəmir yolu xəttinin kəsişdiyi keçiddə qatar VAZ 2106 markalı avtomobili vurub. Sürücü Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəsəm Gülhüseyn oğlu qəza zamanı ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.




