Siyasət Özəl

"İran Azərbaycanın güclənməsini istəmir" — ŞƏRH

İran Azərbaycanın güclənməsini istəmir — ŞƏRH

"İkinci Qarabağ müharibəsindən sonra İran başa düşdü ki, Azərbaycan "asan tikə" deyil".

Bunu Demokrat.az-a açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Azərbaycanı nəzarətində saxlamağın qeyri-mümkün olduğunu qeyd edən politoloq əlavə edib ki, bu səbəbdən İran Ermənistanla dostluğunu möhkəmləndirdi:

"İran Azərbaycanın güclənməsini və möhkəmlənməsini istəmir. Çünki bu, Cənubi Azərbaycanın İrandan qopması deməkdir. İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi qələbə İranın ayağını Azərbaycandan tamamilə kəsdi. Bu da o deməkdir ki, İran birdəfəlik başa düşdü ki, Azərbaycanı heç zaman nəzarətində saxlaya bilməyəcək. Buna görə də, İran agent şəbəkəsini formalaşdırmaq üçün də bu ölkəyə dini mərkəzə gedənlərdən, ziyarətə gedənlərdən bir agentlər şəbəkəsi formalaşdırdı. Eyni zamanda, media strukturundan da şəbəkə formalaşırdı. Beləliklə də, nəzarəti əlində saxlamaq istəyib. Ki, özünə bağlı olan media qurumları ilə Azərbaycana qarşı qarayaxma kampaniyalarını davam etdirsin. İrana qarşı söylənən fikirlərə cavab verə bilsinlər. Arxa planda hər zaman Azərbaycana İranın bir parçası kimi baxıbdır".

Aynurə Demokrat.az

D
demokrat.az