Dünya

Almaniyada poliqonda 2 zirehli texnika toqquşub, xəsarət alanlar var

Almaniyada poliqonda 2 zirehli texnika toqquşub, xəsarət alanlar var

Almaniyada 2 “Puma” zirehli transportyoru təlim zamanı toqquşub, 12 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, döyüş maşınları yüksək sürətlə hərəkətdə olarkən bir-birinə çırpılıb. Zərərçəkənlər Bundesverin hərbçiləridir.

Əsgərlərdən biri ağır yaralanıb və helikopterlə xəstəxanaya çatdırılıb. Digərlərinə yerində tibbi yardım göstərilib.//APA

D
demokrat.az