Sosial Özəl

Professor həkimləri reklam edən aparıcılara: "İnsanları qıcıqlandırmaq, heysiyyatı ilə oynamaq..."

Professor həkimləri reklam edən aparıcılara: İnsanları qıcıqlandırmaq, heysiyyatı ilə oynamaq...

"Son bir neçə ildə televiziya ekranlarında həkimlərin, səhiyyə xidmətinin, tibb sahəsinin reklamları differensial şəkildə artıb və bu, dərhal diqqəti cəlb edir. Burada qeyri-adi heç nə yoxdur. Çünki həyatımızın axarına uyğundur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli deyib. O qeyd edib ki, bu gün insanların bir ərzağa, bir də həkimlərə çox ehtiyacı var:

Professor həkimləri reklam edən aparıcılara: İnsanları qıcıqlandırmaq, heysiyyatı ilə oynamaq...
"Başqa xidmət sahələri kimi tibb də reklam üzərində dayanır. Amma, reklam etikası baxımdan "ən yaxşı klinika", "ən yaxşı həkim", "ən yaxşı psixoloq", "ən yaxşı terapevt" və s. bunlar qəbul olunmayan ifadələrdir. Reklam mətnlərində, təqdimatlarda bu ifadələrdən qaçılması vacibdir. Bir neçə il əvvəl bu barədə kəskin diskussiyalar gedirdi. Xarici reklamların kontekstində bu məsələlərə fərqli münasibət bildirilirdi. Əlbəttə, reklam insanların ehtiyac duyduğu tibbi xidmətin yönəldilməsi baxımından belə reklamların müəyyən rolu var. Amma əlbəttə ki, bəlli sərhədlər qorunmalıdır. Həm "Reklam haqqında" qanun bunu tələb edir, həm media etikası, həm də tibbi etika bunu tələb edir. Ona görə bizim televiziyadakı həmkarlar, reklam agentləri, reklam işinə baxanlar hesab edirəm ki, bu məsələyə diqqət yetirməlidir. İnsanları qıcıqlandırmaq, onların heysiyyatı ilə oynamaq, bir çox hallarda şişirdilmiş ifadələr olan belə formullardan çəkinmək lazımdır".

Aynurə Demokrat.az

D
demokrat.az