ABŞ dövlət katibi Entoni Blinken fevralın 5-6-da Çinə səfər edəcək. Demokrat.az xəbər veriir ki, bu barədə məlumatı səfər planları ilə tanış olan amerikalı diplomatlara istinadən "Politico” nəşri yayıb. Nəşrin məlumatına əsasən, dövlət katibi səfər zamanı Çinin xarici işlər naziri Tsin Qanla görüşəcək.
Blinkenin Şərqi Asiya ölkəsinə bu səfəri ABŞ Prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının prezidenti Xi Jinpinq ilə noyabrda İndoneziyada keçirdiyi görüşünün davamıdır.
Bildirilir ki, Bayden ikitərəfli gərginliyin pisləşdiyi bir vaxtda Pekinlə açıq ünsiyyət xətlərini saxlamağa söz verib.
Nəşrin yazdığına görə, bu səfər Tayvanla ticarət siyasətindən tutmuş ABŞ-ın Pekinin insan haqları ilə bağlı narahatlıqlarına qədər bir çox sahələri əhatə edəcək. İki ölkə arasında münasibətlərin gərgin olduğu bir vaxtda reallaşması maraq doğurur.
Hələlik nə ABŞ Dövlət Departamenti, nə də Çin hökuməti Blinkenin qarşıdan gələn Pekinə səfərinin təfərrüatlarını açıqlayıb.
Jalə Demokrat.az


