Siyasət Özəl

Rusiya-Ukrayna müharibəsi qlobal nizamın dəyişikliyi ilə nəticələnəcək” — ŞƏRH

Rusiya-Ukrayna müharibəsi qlobal nizamın dəyişikliyi ilə nəticələnəcək” — ŞƏRH

“Hazırda Rusiya və Ukrayna arasında davam etməkdə olan müharibə dünyasəpkili üçüncü dünya müharibəsidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, bu qlobal intizamın yenidən düzənlənməsi, formalaşdırılması və istiqamətlənməsi uğrunda aparılan müharibədir:

"Beynəlxalq siyasi və iqtisadi proseslərə təsir edəcək, onu yenidən format edən bir hadisədir. Söhbət heç də Rusiya-Ukrayna arasında hərbi əməliyyatlardan getmir. Aydın məsələdir ki, okeanın o tayında oturan böyük qüvvələr və qruplar əvvəlcə koronavirus, daha sonra bu kimi əməliyyatlar nəticəsində öz məqsədlərinə çatmaq üzrə davam edir".

Bir sıra səbəblərə aydınlıq gətirən şərhçinin sözlərinə görə, Avropa İttifaqının daha da ABŞ-dan asılı olması, avronun gücünün zəiflədilməsi, hərbi sənayelərin daha da varlanması və eyni zamanda silahların bir-birinə qarşı istifadə edilərək yoxlanılmasını da nümunə göstərmək olar:

"Türkiyəyə gəldikdə isə, Türkiyə müharibənin ilk günündən sülh prosesinə töhfə vermək istəyir. Lakin məsələ burasındadır ki, bu gün Türkiyə yeganə beynəlxalq aktor olaraq həm Ukrayna, həm də Rusiya ilə bir masa arxasında əyləşə biləcək bir subyekt rolunu oynamaqdadır. Bu, Azərbaycan üçün də müsbət haldır. Türkiyənin bu dialoqda oynadığı rol, aldığı balanslı siyasət bir daha onu göstərir ki, Ankara kimi beynəlxalq qlobal güc mütləq şəkildə BMT Təhlükəsizlik Şurasında yer almalıdır. Amma Rusiya və Türkiyə arasında sülh müqaviləsinin bağlanması və onların barışması Türkiyədən asılı deyil. Rusiyanın və yaxud Ukraynanın da müharibəni dayandırması özlərindən asılı deyil. Bu bir prosesdir və bu proses müəyyən qruplar öz məqsədlərinə çatana kimi davam edəcək. Sözsüz ki, müharibənin sonu da hər bir müharibə də olduğu kimi qlobal nizamın dəyişikliyi ilə nəticələnəcək və biz bunun şahidi olacağıq".

Nəzrin Demokrat.az

D
demokrat.az