Müsavat partiyasının başqan müavini Osman Kazımov yeni qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Bu barədə sosial şəbəkədə Osman Kazımov post paylayıb.
O, hazırda aclıq aksiyası keçirən və gündəmə çevrilən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun "keyfiyyətsiz yeməyə görə" acılıq etdiyini bildirib.
Osman Kazımov yazıb: "Aclıq aksiyası təcridxanada verilən keyfiyətsiz şorbaya görə deyil, İranda Azərbaycan ugrunda mübarizəyə qalxdığına görə edam edilən türk qardaş və bacılarımıza görə edilməlidir. Diktaturaya etiraz müstəvisində, insanlığa qarşı cinayət müstəvisində, Tərtər cinayətinin günahkarlarının, Polad Həşimovun ölümündə təqsiri olanların məhkəmə qarşısında hələ də dayanmaması müstəvisində olmalıdır".
Osman Kazımovun bu staatusu sosial şəbəkədə birmənalı qarşılanmayıb. 


