Region

İranda silahlı hücum — Ölən və yaralananlar var

İranda silahlı hücum — Ölən və yaralananlar var

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində olan nəzarət-buraxılış məntəqəsinə silahlı hücum edilib.

Bununla bağlı Sistan-Bəlucistan polis rəisi Məhəmməd Kanberi məlumat verib.

Belə ki, hücumun Zahidan və Xaş şəhərləri arasındakı yolda baş verdiyi bildirilib.

Hadisə nəticəsində 1 mühafizəçinin həyatını itirdiyini, 2 nəfərin yaralandığı qeyd olunub.

NE
Nihadə Eyyubova