Ukraynada 2022-ci ilin dekabrında inflyasiya noyabr ayı ilə müqayisədə 0,7 faiz artıb.
Demokrat.az-ın xəbərinə görə, bu barədə məlumatı Ukraynanın Dövlət Statistika Xidməti yayıb.
Bildirilib ki, bütövlükdə ötən il üçün qiymətlər 26,6 faiz təşkil edib.
Bununla yanaşı, baza inflyasiyası dekabrda 2022-ci ilin noyabr ayı ilə müqayisədə 0,8%, bütövlükdə il üzrə 22,6% təşkil edib.
Dekabrda istehlak bazarında ərzaq məhsullarının qiymətləri 2021-ci ilin dekabrı ilə müqayisədə 34,4 faiz bahalaşıb.
Belə ki, dekabrda kərə yağı, süd və süd məhsulları, çörək, meyvə, tərəvəz, sərinləşdirici içkilər, balıq və balıq məhsulları 2,5 faiz bahalaşıb. Eyni zamanda, yumurtanın qiyməti illik ifadədə 76,6 faiz, meyvənin 73,8 faiz, tərəvəzin 51,8 faiz, balığın qiymətləri 45,8 faiz bahalaşıb.
Bununla bərabər, taxıl emalı məhsulları, yumurta, şəkər, quş əti, piy, donuz əti, düyü 2,7 faiz ucuzlaşıb.
Yanacaq və neftin qiymətləri il ərzində 69,4 faiz artıb.
Zamiq Demokrat.az


