İranda Məhsa Əmininin ölümündən sonra İsfahandakı etirazlarda üç mühafizəçini öldürməkdə ittiham olunan 3 nəfərə hökm çıxarılıb.
Demokrat.az-ın xarici mediaya istinadən məlumatına görə, 6 nəfərin mühakimə olunduğu prosesdə Salih Mir Haşimi Baltaki, Məcid Kazımi Şeyh Şabani və Səid Yakubi Kürdsefli adlı 3 nəfərə "təhlükəsizlik işçisini qəsdən öldürmək" ittihamı ilə edam cəzası verilib. Eyni iş üzrə mühakimə olunan Cabir Mir Haşimi bəraət qazanarkən, müttəhimlərdən Əmir Nasır Azadani 26 il, Süheyl Cihangiri isə 2 il azadlıqdan məhrum edilib.
İran İnsan Haqları Təşkilatının son hesabatına görə, etirazlarda 516 nümayişçi həyatını itirib, həbs olunan və nəzarətə alınanların sayı isə 20 minə yaxınlaşıb.
Jalə Demokrat.az


