Sosial

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə,9 yanvar tarixində Bakı və Abşeron yarmadasında arabir qar yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

NE
Nihadə Eyyubova