Region

Çavuşoğlu BƏƏ-li həmkarı ilə DANIŞDI

Çavuşoğlu BƏƏ-li həmkarı ilə DANIŞDI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

Demokrat.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Nazirlər ikitərəfli əməkdaşlığı və regional məsələləri müzakirə ediblər.

Tərəflər eyni zamanda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının qız tələbələrin təhsilinə qoyduğu qadağalar barədə fikir mübadiləsi aparıblar.

D
demokrat.az