Hadisə

Kürdəmirdə 54 yaşlı kişi arvadını bıçaqladı

Kürdəmirdə 54 yaşlı kişi arvadını bıçaqladı

Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, rayon sakini 1968-ci il təvəllüdlü Əflatun Kərimov münaqişə zəminində 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən Ə.Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

NE
Nihadə Eyyubova