Dünya Özəl

"Rusiya fevral ayından yeni hücum dalğasına başlaya bilər" — Reznikov

Rusiya fevral ayından yeni hücum dalğasına başlaya bilər — Reznikov

Rusiya artıq fevral ayında Ukraynaya qarşı müharibə çərçivəsində yeni hücum dalğasına başlaya bilər.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “The Guardian”a müsahibəsində bildirib .

O xatırladıb ki, Rusiya “qismən səfərbərlik” adlandırılan tədbirlər çərçivəsində 300 minə yaxın insanı orduya çağıra bilib.Onlardan Moskva artıq 150.000-ni bölmələrini gücləndirmək üçün istifadə edir, daha 150.000-i isə gələcək hücumlar üçün diqqətlə hazırlanır.

"Səfərbər olunmuşların ikinci hissəsi, təxminən 150 min nəfər müxtəlif düşərgələrdə təlim kurslarına başlayıb. Onlar ən azı 3 aydır ki, hazırlaşırlar. Ona görə də fevral ayında növbəti hücum dalğasına mümkün qədər tez başlamağa çalışacaqlar. Keçən il olduğu kimi. Bu, onların planıdır”, - deyə nazir bildirib.

Reznikovun sözlərinə görə, Rusiya çox güman ki, gələcəkdə öz vətəndaşlarını səfərbər etməyə davam edəcək, çünki onlar Ukraynanı məhv edəcəklərinə ümid edərək, döyüşə mümkün qədər çox adam toplayırlar.

“Kreml qalib gəlmək üçün yeni həll yolları tapmağa çalışır”- o əlavə edib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova