Hadisə

Azərbaycanda müəllimlər qəzaya düşdü — ÖLƏN VAR (FOTOLAR)

Azərbaycanda müəllimlər qəzaya düşdü — ÖLƏN VAR (FOTOLAR)

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Demokrat.az xəbər veri ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".

Qeyd edək ki, E.Rüstəmov həm də idman jurnalisti idi. O, “Neftçi TV”də şərhçi kimi çalışıb.

Azərbaycanda müəllimlər qəzaya düşdü — ÖLƏN VAR (FOTOLAR)
Azərbaycanda müəllimlər qəzaya düşdü — ÖLƏN VAR (FOTOLAR)
Azərbaycanda müəllimlər qəzaya düşdü — ÖLƏN VAR (FOTOLAR)

D
demokrat.az