Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Demokrat.az xəbər verir ki, ev-səfər prinsipi ilə keçiriləcək bu mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Zirə” “Neftçi”ni qəbul edəcək. Günün digər matçı isə “Qarabağ”la “Qəbələ” arasında baş tutacaq.
“Kəpəz” – “Turan Tovuz” və “Səbail” – “Sabah” matçları isə sabah keçiriləcək.
Azərbaycan kuboku 1/4 finalın ilk oyunları 8 dekabr
“Zirə” – “Neftçi” Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu. VAR: Fərid Hacıyev. AVAR: Rəhman İmami. Hakim-inspektor: Anar Salmanov. Zirə İK stadionu, 18:00.
“Qarabağ” – “Qəbələ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov. VAR: Elçin Məsiyev. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Babək Quliyev. “Azersun Arena”, 20:30.


