Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyayekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib.
“Report”xəbər verir ki, qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər. Qətnamə layihəsinin həmmüəllifləri Makronun “Renessans” partiyasından olan deputatlar olub.
Qeyd edək ki, FransaSenatıda Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.


