Gündəm Özəl

"Erməni hərbi birləşmələri müharibəyə hazırlıq mərhələsindədirlər" — AÇIQLAMA

Erməni hərbi birləşmələri müharibəyə hazırlıq mərhələsindədirlər — AÇIQLAMA

"Son 3 aydır erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdakı ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi bölgəsindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir".

Demokrat.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ramil Məmmədli bildirib:

"Bunu deməyə əsas verən səbəblərdən biri son bir ayda ermənilərin Qarabağda həm yeni mühəndis-istehkam xətti formalaşdırmaqları, həm də müxtəlif vasitələrlə hərbi texnika əldə etmələridir.

Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsi pozulması ilə bağlı xəbərləri də artıq hər gün, hətta gündə 2 dəfə olur.

Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması ermənilərin hərbi baxımdan fəallaşması kimi təhlil olunmalıdır. Bu isə ermənilərin hərbi-texniki və canlı qüvvə baxımından yenidən komplektləşməsinə işarədir.

Erməni hərbi birləşmələri müharibəyə hazırlıq mərhələsindədirlər — AÇIQLAMA

Hesab edirəm ki, erməni hərbi birləşmələri müharibəyə, yaxudda hansısa istiqamətdə lokal hərbi əməliyyat həyata keçirməyə hazırlıq mərhələsindədirlər.

Xatırladım ki, sülhməramlıların nəzarətində olan ərazidə Ermənistan Müdafiə Nazirliyinə tabe olan 1-ci Əlahiddə Ordu birləşməsinin hərbi bölmələri, həmçinin separatçılara tabe olan qanunsuz silahlı dəstələr mövcuddur".

Leyla Demokrat.az

D
demokrat.az