Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini olan iki qardaş şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı Təbriz Həsənovdan yeddiqrama yaxın metamfetamin, səkkiz qramdan artıq tiryək, dörd qramdan artıq heroin, qardaşı Pərvizdən isə səkkizqrama yaxın tiryək aşkar olunaraq götürülüb.


