Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.
“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri hərbi attaşeləri və jurnalistləri Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkarlanan minalar barədə məlumatlandırıblar.
Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələri ərazidə aparılan minatəmizləmə tədbirləri tanış olublar. 
Demokrat.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ərtaflı məlumat veriləcək.
***10:39
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşa şəhərində olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hərbi attaşelər Şuşadan Laçına yola düşüblər.
Onlar erməni silahlı dəstələrinin Laçın rayonunun Sarıbaba yüksəkliyində minaladığı ərazilərə baxış keçirəcək. 





