İranın molla rejimi ölkədə genişlənən xalq etirazlarını zorla yatırmaq üçün Rusiya və Suriyadan muzdlu döyüşçülər çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə etirazçılar sosial şəbəkələrdə məlumat paylaşıblar.
Məlumata görə, molla rejimi Tehran, Qum, Təbriz, Ərdəbil şəhərlərinə ağır texnika və silahlarla təchiz edilmiş ordu yeridib.
Həmçinin, yeridilən İran ordusunun içərisində qeyri-müsəlman olan amansız görkəmli xüsusi təyyinatlılar da var.
Etirazçıların fikrincə, sözügedən xüsusi təyinatlılar kütləvi aksiyaları amansızlıqla yatırmaq üçün Rusiya və Suriyadan gətirilib.
İranın molla rejimi artıq yüzlərlə dinc etirazçını odlu silahlarla qətlə yetirir. Ölən dinc insanların arasında minlərlə soydaşlarımız da var.
Həsən Demokrat.az


