Gündəm Özəl

"Fidel Kastro dünyada baş verən hər şeyi bilirdi"— Putin

Fidel Kastro dünyada baş verən hər şeyi bilirdi— Putin

Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə şəxsən görüşdüyü Kuba inqilabının lideri Fidel Kastro ilə bağlı xatirələrini bölüşüb.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya liderinin sözlərinə görə, Kastronun dünyada baş verənlərə reaksiyası onu heyrətə gətirib:

“Xatırlayıram, biz onun kabinetində ilk dəfə görüşəndə, naharda hələ o zaman hazırkı vəziyyəti müzakirə etdik.Kastro dünyada baş verən hər şeyi bilirdi və təhlil etməyi bacarırdı. Onunla bu görüşlərin keçirilməsi mənim üçün çox maraqlı və faydalı oldu. Şəxsi görüşlərimizi olduqca ətraflı xatırlayıram. O, uzaqgörən insan idi", - Putin əlavə edib.

Qeyd edək ki,Fidel Kastro Kuba inqilabi hərəkatının liderlərindən biri olub, 1959-2008-ci illərdə Kuba Nazirlər Şurasının sədri vəzifəsində çalışıb.

Siyasətçi 2016-cı ildə vəfat edib.

Leyla Demokrat.az

D
demokrat.az