Siyasət Özəl

“Qalıcı sülhün yaranmasında Rusiyanın mövqeyini müsbət dəyərləndirmirəm” — Keçmiş baş nazir

“Qalıcı sülhün yaranmasında Rusiyanın mövqeyini müsbət dəyərləndirmirəm” — Keçmiş baş nazir

“Vladimir Putinin KTMT-nin toplantısında iştirakından yaxşı bir şey gözləmirəm”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib.

“Rusiya Prezidenti Vladimir Putin KTMT sammitində iştirak etmək üçün sabah İrəvana gedir. Konkret isə gözləyək görək bu görüşün təfərrüatları nə olacaq. Bütövlükdə, bölgədə Rusiyanın siyasəti konkret olaraq Azərbaycana qarşıdır. Rusiyanın ermənilərin tərəfində olması baxımından hansısa müsbət dəyişiliklərin olacağı güman və ehtimal olunmur.

Şübhəsiz ki, bölgədə təhlükəsizliyin və qalıcı sülhün yaranmasında, konkret olaraq, Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə Rusiyanın mövqeyini müsbət dəyərləndirmirəm”.

Nəzrin Demokrat.az

D
demokrat.az