Region

Taksim xəstəxanasına yerləşdirilən yaralıların çoxu evə buraxılıb

Taksim xəstəxanasına yerləşdirilən yaralıların çoxu evə buraxılıb

İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində xəsərat alaraq Taksim Tədris və Tədqiqat Xəstəxanasına yerləşdirilən 49 yaralıdan 36-ı evə buraxılıb.

Bu barədə xəstəxanadan bildirilib.

“Müalicəsi davam edən 13 nəfərin vəziyəti stabildir, onlardan 5-i əməliyyat olunacaq. Yaralıların əksəriyyəti qəlpə yarası alıb”, - deyə müsahib qeyd edib.(APA)

D
demokrat.az