Rusiya ordusu Xerson şəhərindən qoşunlarını geri çəkdikdən sonra Ukrayna xalqı meydanlara axışıb.
Demokrat.az xəbər verir ki, ukraynalılar artıq Xersonda şəhərin Rusiya işğalçılarından azad olunmasını bayram edirlər.
Şəhərdə yaşanan izdihamda Ukrayna bayraqları ilə küçələrə çıxan yerli əhali sevinclərini və qələbələrini bölüşürlər.
Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir. Şoyqu isə öz növbəsində, qoşunların geri çəkilməsini əmr edib.Zamiq Demokrat.az


