Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Bu barədə FHN-dən bildirilib.
İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Əlavə məlumat veriləcək.
xxx
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yanğın başlayıb.
Bubarədə FHN-dən bildirilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


