Hadisə

Şəmkirdə mağazada 42 yaşlı kişi bıçaqlandı

Şəmkirdə mağazada 42 yaşlı kişi bıçaqlandı

Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində 42 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib.

Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az