Gündəm

"Bu addım qan tökülməsinə..."— Zaxarova

Bu addım qan tökülməsinə...— Zaxarova

"Bu gün Rusiya Federasiyası vəAzərbaycan prezidentləri, habelə Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatlar haqqında bəyanat qəbul etməsindən 2il ötür".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O əlavə edib: "Bu addım qan tökülməsinə son qoymağa və bölgədə dinc həyatın bərqərar olması prosesinə start verməyə imkan verdi".

Zaxarova qeyd edib ki, 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti ona həvalə edilmiş vəzifələri səmərəli şəkildə yerinə yetirir, regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. "Bunu azərbaycanlı və erməni dostlarımız da yüksək qiymətləndirirlər".

XİN rəsmisi vurğulayıb: “Liderlərin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli bəyanatlarında qeyd olunan regional razılaşmalar Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşması prosesinin başlanmasınınəsasını qoydu”. Onun sözlərinə görə, baş nazirin müavinlərinin həmsədrlik etdiyi profilli üçtərəfli işçi qrupu çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması istiqamətində xeyli iş görülüb:

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli həllinə yardım edir. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialını üzə çıxarmaq üçün konkret layihələrin sürətlə həyata keçirilməsi üzərində işləyirik. Liderlərin 26 noyabr 2021-ci il tarixli bəyanatına uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiya yaradılıb və fəaliyyətə başlayıb. Bu mexanizmin fəaliyyəti regionda vəziyyətin sabitləşməsi baxımından mühüm əhəmiyyətə malikdir".

D
demokrat.az