Qarabağ Özəl

“Rusiya 44 günlük müharibədən sonra hesab edirdi ki, bu prosesə heç kim qarışa bilməyəcək” — VİDEO

“Rusiya 44 günlük müharibədən sonra hesab edirdi ki, bu prosesə heç kim qarışa bilməyəcək” — VİDEO

“Rusiya Qərbin hansı formatda olursa-olsun, istər Vaşinqton, istərsə də Avropa İttifaqı formatında Cənubi Qafqaz regionuna buraxılmasından, məsələyə qarışmasından həddindən artıq qıcıqlanır”.

Demokrat.az-ın xəbərinə görə, bu sözləri Pressklub TV-nin "Əsas sual" verilişinin efirində siyasi şərhçi Rauf Mirqədirov deyib.

Analitikin fikrincə, 44 günlük Vətən müharibəsindən sonra Rusiya hesab edirdi ki, bu prosesə heç kim heç vaxt qarışa bilməyəcək:

“Yəni, proses Rusiyanın moderatorluğu və nəzarəti altında keçiriləcək. Rusiya bu prosesin vasitəsilə regionda öz hərbi-siyasi mövcudluğunu və təmsilçiliyini daha da gücləndirəcək. Amma 44 günlük müharibədən sonra Ukrayna müharibəsi başladı və bu müharibə qlobal qüvvələrin regionda baş verən proseslərə münasibətini kəskin şəkildə dəyişdi. Rusiyanı prosesdən sıxışdırıb kənarlaşdırmaq istəyirlər. Hətta Putin bunu etiraf edərək bildirmişdi ki, onları prosesdən kənarlaşdırmaq istəyirlər”.

“Əslində, Putin Soçi görüşündən konkret qərarlarla çıxmaq istəyirdi. Konkret qərarların qəbul olunmaması onu qıcıqlandırdı və o, bunu heç gizlətmədi. Putin açıq şəkildə dedi ki, ixtilaflar var. Bir neçə maddə çıxarılıb. Ondan sonra Ermənistan tərəfi məsələyə aydınlıq gətirdi. Əslində, görüşdən əvvəl Rusiyanın tələbləri məlum idi".

Zamiq Demokrat.az

D
demokrat.az