Siyasət Özəl

Ermənistanın bir çox ölkədən hərbi sursat alması bu məqsədə xidmət edir — AÇIQLAMA

Ermənistanın bir çox ölkədən hərbi sursat alması bu məqsədə xidmət edir — AÇIQLAMA

“Ermənistan hərbi cəhətdən güclənməyə çalışacaq. Bir çox ölkələrdən hərbi sursat alması da, məhz bu məqsədə xidmət edir. Hesab edirəm ki, bunu da ordudakı qüsurlarını aradan götürmək üçün edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, Ermənistanın hansısa böyük təxribatlara əl atacağına inanmır.

Ermənistanın bir çox ölkədən hərbi sursat alması bu məqsədə xidmət edir — AÇIQLAMA
“Təbii ki, xırda təxribatlar həmişə baş verə bilər. Hətta, Ermənistanla sülh sazişi imzalasaq belə, ola bilsin ki, sərhəd zonasında xırda təxribatlar baş versin. Amma irimiqyaslı təxribatların baş vermə ehtimalı zəifdir. Hər halda qarşıdakı müddətdə Ermənistanın hansı addımlar atmaq istədiyi məlum olacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az