“Qrip virusu dekabr ayından mart ayına qədər müşahidə edilir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında həkim infeksionist Mərdan Əliyev deyib. Həkimin sözlərinə görə, virusun digər aylarda da müşahidə edilməsi mümkündür.
“Amma qrip virusu kütləvi şəkildə dekabr ayından mart ayına qədər yayılır. Qrip deyəndə biz bütün kəskin respirator virus infeksiyalarını nəzərdə tuturuq. Amma, bu belə deyil. Bu infeksiyaları törədən 200-ə qədər virus var. Qrip virusu bunların içində ən ağır keçənidir. Qrip virusunda digərlərindən fərqli olaraq burun axıntısı olmur, yəni daha az müşahidə edilir. Ən çox qızdırma, halsızlıq, burun tutulması, boğaz ağrısı müşahidə edilir. Qrip virusu daha yaşlı şəxslərdə ölümə səbəb ola bilər. Pnevmoniya qripin ən ağırlaşmış formasıdır. Çox təəssüf ki, pnevmonbiyalarda da ölüm halları müşahidə edilir”.
Həkim qeyd edib ki, qrip virusu ilə kəskin respirator virus qarışdırmamalıdır. 
“Qrip onların içində ən ağırıdır. Digərlərin də, asqırıq, boğaz ağrısı olur. Hətta, burun qıcıqlanması, qızdırma da nadir hallarda 1-2 gün müşahidə edilə bilir. Hamilələr bütün xəstəlikləri ağır keçirməyə meyilli olduqları üçün xüsusilə qrip viruusndan özlərini qorumalıdırlar. Çünki hamilələrdə müəyyən hormonların ifraz olunması ilə əlaqəli olaraq onlarda immun sistemində zəifləmə müşahidə edilir. Beləliklə də, onlar xəstəlikləri ağır keçirə bilərlər. Yəni, onlar qrip xəstləliyi ağır keçirə bilərlər. Hər kəs bilməlidir ki, qrip xəstəliyi ciddidir və ağırlaşmalar müşahidə edilə bilər. Buna görə də, mütləq şəkildə bol maye qəbul edilməli və özlərini soyuğa verməməlidirlər, istirahət rejimdə olmalıdır. Belə olan halda xəsətəliyin ağırlaşma ehtimalı da az olur”.
Nəzrin Demokrat.az


