Türkiyə vətəndaşı Oktay Çunar barəsində məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Demokrat.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində müdafiə tərəfinin şikayəti təmin edilib. Oktay Çınar ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Sabunçu rayon Məhkəməsinin qərarı ilə Oktay Çinarın barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb.
Oktay Çinar külli miqdarda mənimsəmədə və dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham edilir.
Hazırda Türkiyə vətəndaşı barəsində ibtidai istintaq davam edir.
Fariz Məlikli Demokrat.az


