Media Özəl

“Azərbaycanın qazdığı qəbirlər çox dərin olur” — AzTV-dən İrana SƏRT TƏNQİD (VİDEO)

“Azərbaycanın qazdığı qəbirlər çox dərin olur” — AzTV-dən İrana SƏRT TƏNQİD (VİDEO)

AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında İranın Azərbaycan əleyhinə apardığı siyasətə dair hazırladığı material geniş müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, dövlət telekanalının rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda bu ölkənin Azərbaycan əleyhinə apardığı siyasət tənqid edilib.

Proqramda İranın Qafanda apar-topar konsulluq açılması sərt qınanılıb. Həmçinin, Cənubi Azərbaycanın ürəyi sayılan Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı fikirlərin səsləndirilməsinin açıq düşmənçilik siyasəti yürüdürüldüyü qeyd olunub.

Verilişdə R.Məmmədov İran telekanalları tərəfindən Azərbaycan əleyhinə çəkilən kliplərlə bağlı da fikirlər səsləndirib. O, süjet vasitəsilə İranın diqqətinə çatdırıb ki, Azərbaycan düşmənlərinə qəbiri çox dərin qazır və qəbir qazmaqda peşəkarlığını İran kimi cizgi filminə bənzər görüntülərlə, İran televiziyalarının səviyyəsini göstərən “peşəkarlığını” ortaya qoyan videoçarxlarla yox, real nümunələrlə döyüş meydanında sübut edib.

“Qəbir bax belə qazılır! Yoxsa sənin qazdığın qəbir formasını bizim televiziyalar artıq uşaqlar üçün cizgi filmlərində istifadə edirlər”.

Həmin verilişdən bir neçə hissəni təqdim edirik:

Aynurə Demokrat.az

D
demokrat.az