Şou-biznes Özəl

Çinarə Məlikzadə Prezidentin onu səhnəyə dəvət etməsindən danışır — VİDEO

Çinarə Məlikzadə Prezidentin onu səhnəyə dəvət etməsindən danışır — VİDEO

"Çox həyəcanlı idim, çünki ilk dəfə cənab Prezidentlərin qarşısında çıxış edirdim. Çox həyəcanlı idim, həm də tək idim, məsuliyyətli idi".

Bu sözləri Xəzər TV-də yayımlanan verilişdə müğənni Çinarə Məlikzadə Zəngilanda Prezident İlham Əliyevin onu səhnəyə dəvət etməsindən danışarkən deyib.

Sənətçi həmin anların çox qürurverici olduğunu bildirib:

"Hətta məni səhnəyə dəvət edəndə, qaldım ki, nə baş verir? Mən ora gedib neyləyəcəm? Nə oxuyacam? Cənab Prezident məni səhnəyə dəvət edəndə, çıxmışam, pilləkan da bir az narahat idi. Çıxmışam , ətrafa baxıram. Cənab Prezident dedi ki, gəl şəkil çəkdirək. Ondan sonra şəkil çəkdirdik. Çox qürurverici idi".

Daha ətraflı videoda:

Leyla Demokrat.az

D
demokrat.az