Hadisə

Avtobusun aşması nəticəsində yaralananların vəziyyəti AÇIQLANDI

Avtobusun aşması nəticəsində yaralananların vəziyyəti AÇIQLANDI

Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən Demokrat.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan səkkiz nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, yaralılardan üçü uşaq, beşi qadındır.

D
demokrat.az