Hadisə

Ağdamda qəza: ölən və yaralanan var

Ağdamda qəza: ölən və yaralanan var

Oktyabrın 28-də saat 19 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

Demokrat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Qeyd edilib ki, Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

D
demokrat.az