Gündəm Özəl

"Jurnalistlər hansı nazirdən pulları hara xərclədiyini soruşublar?" — Sabiq deputatdan Çingiz Abdullayevə DƏSTƏK

Jurnalistlər hansı nazirdən pulları hara xərclədiyini soruşublar? — Sabiq deputatdan Çingiz Abdullayevə DƏSTƏK

Yazıçı, publisist, sabiq deputat Xeyrəddin Qoca Yazıçılar Birliyinin qurultayında jurnalistin sualına sərt reaksiya verən Xalq yazıçısı Çingiz Abdullayevin açıqlamasına münasibət bildirib.

O, Demokrat.az-a açıqlamasında həmin jurnalistin əsl qələm sahiblərinin adına ləkə gətirdiyini deyib:

"Xalq yazıçısı Çingiz Abdullayevə verilən sual mənasızdır, düşüklük və boşboğazlıqdır! Mən səhəri gün bir status yazdım ki, "indiyədək jurnalistlər hansı nazirdən, təşkilat, idarə rəhbərindən cəsarət edib soruşublar ki, pulları hara xərcləmisiniz? Bəs Xalq yazıçısı Çingiz Abdullayevə niyə belə sual verirlər? Çingiz müəllim də tutarlı cavab verdi: "Utanmırsınız?", "ayıb deyil?" Hörmətli Çingiz müəllimə demək istəyirəm ki, əsəbiləşməyin, savadı, mədəniyyəti olmayan insan utanmaq bilməz, "ayıb" nədir, anlamaz! Həmin jurnalist əsl qələm sahiblərinin adına ləkə gətirir və ondan heç zaman qələm adamı çıxmaz! Kimliyini də bilmirəm, bilmək də istəmirəm. O sualı verən cızma-qaraçıdan da soruşmaq lazımdır, Xalq yazıçısı Çingiz Abdullayev sənin tayın-tuşundur ki, ona elə sual verirsən? Çingiz müəllim tam haqlı olaraq dedi ki, "utanmırsan, Xalq yazıçısına belə sual verirsən?"

Bir dəfə 47 il xalqın balalarına, o cümlədən orta məktəbdə mənə də dərs demiş dil-ədəbiyyat müəllimi atamdan soruşdum ki, bəzi böyük-kiçik yeri qanmayanlar müəllimləri niyə saymırlar? Cavab verdi ki, "müəllimlərin pulu olmur, ona görə!" Həmin müəllimə hörmət etməyənlər pullu adamlara "müəllim" deyirlər..."

Aynurə Demokrat.az

D
demokrat.az