Sosial

Magistral su xəttinin partlamasına görə bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Magistral su xəttinin partlamasına görə bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Yasamal rayonu ərazisində baş verən qəza səbəbindən sərnişin avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Demokrat.az-a Bakı Nəqliyyat agentliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

D
demokrat.az