"Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində qışa hazırlıq üzrə işlərə başlayıb.
Demokrat.azxəbər verir ki, bu fikirləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bugünkü mətbuat konfransında deyib.
Qurum rəsmisi vətəndaşları qış aylarında tüstü bacalarını quraşdararkən ehtiyat olmağa çağırı.
"Vətəndaşlar kustar üsulla tüstü bacaları quraşdırmasınlar. Normal tüstü bacaları quraşdırılmalıdır, əks təqdirdə məsuliyyyətsizlik xoşagəlməz halların baş verməsinə səbəb olur. Xüsusilə də, həyət evlərində yaşayan şəxslər ehtiyatlı olsunlar. Qeyd edim ki, təhlükəsizlik məqsədilə evlərdə yoxlanılmalar aparılacaq".
Aynurə Demokrat.az


